Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28

İran prezidenti Nyu-Yorka səfərini təxirə salıb


İran prezidenti Mahmud Əhmədinejad, 17 may 2006

İran prezidenti Mahmud Əhmədinejad, 17 may 2006


Gözlənilir ki, martın 24-də BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyaları səsə qoyacaq. Nüvə proqramını dayandırmadığına görə İrana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsi hazırlanıb. Səsvermə Bakı vaxtı ilə gecə 11-ə planlaşdırılıb.


İran prezidenti Mahmud Əhmədinejad isə səsvermədən qabaq Nyu-Yorka səfərini təxirə salıb. Burada o, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməliydi.


İran deyir ki, nümayəndə heyətinə bu səfər üçün vaxtında viza verilməyib, Birləşmiş Ştatlar bu iddiaları rədd edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG