Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:51

Bakı Avropa enerji bazarının fəal oyunçusuna çevrilməyi planlaşdırır


2009-cu ildə Azərbaycanda 50 milyon, 2010-cu ildə isə 65 milyon ton neft istehsalı gözlənilir
2009-cu ildə Azərbaycanda 50 milyon, 2010-cu ildə isə 65 milyon ton neft istehsalı gözlənilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyanın dörd iri neft emalı zavodlarından birini almaq üçün danışıqlar aparır. Bu barədə Rumıniyanın Bakıdakı səfirinin iqtisadi məsələlər üzrə məsləhətçisi Dan Nedelku bildirib. Bununla paralel olaraq Xəzər neftinin Mərkəzi Avropaya ixracı məqsədi ilə Konstansa-Triest kəmərinin inşası məsələsi də gündəmdə durur. Dan Nedelku deyib ki, bu layihənin reallaşmasında Serbiya, Xorvatiya və Avstriya maraqlıdır.


ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bildirib ki, 2009-cu ildə ölkə 50 milyon ton neft istehsal edəcək, 2010-cu ildə isə bu rəqəm 65 milyon ton olacaq.


«Nezavisimaya qazeta» yazır ki, bu dövr ərzində Azərbaycandan keçməklə Qazaxıstan neftinin daşınma həcmi də artacaq, buna görə də, Bakı Avropa enerji bazarının fəal oyunçusuna çevrilməyi planlaşdırır.


Mütəxəssislərin fikrincə, yeni layihənin reallaşmasında Gürcüstan yenə də həlledici məntəqə funksiyanı yerinə yetirəcək. ARDNŞ-ın Gürcüstan təmsilçiliyindən bildiriblər ki, Poti limanı yaxınlığında hələ tikintisi başa çatmamış Kulevi neft terminalının alınması barədə danışıqlar artıq başa çatıb. Bu terminal il ərzində 10 milyon ton neftin daşınmasına şərait yaradacaq.


ARDNŞ-ın Avropa bazarlarına çıxmaq planları yalnız Rumıniya ilə məhdudlaşmır. Şirkət Yunanıstanda müxtəlif neft məhsullarının satışı müəssisəsinin yaradılması üçün də danışıqlar aparır.


Bu arada maraqlı təkliflərdən biri də İsraildən gəlib. İsrail tərəfi Bakı neftinin Ceyhan limanından Aşkelon-Eylat kəməri vasitəsi ilə Qırmızı dənizə, oradan isə Hindistan və Çin kimi iri bazarlara çıxarılmasını təklif edir.


Aşkelon-Eylat kəməri hazırda istismar olunan və Aralıq dənizindən Qırmızı dənizə qədər olan ən ucuz və qısa yoldur. Bu ideyanı ilk dəfə 2006-cı ildə Bakıya səfəri zamanı İsrailin İnfrastruktur naziri Binyamin Ben-Elyezer səsləndirib. Sonradan bu ideya Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayevin Təl-Əvivdə apardığı danışıqların əsas mövzusu olub.


Bakının bu planları öz enerji təhlükəsizliyini təmin etməyə çalışan Avropa və həmçinin ABŞ tərəfindən dəstəklənir. Bu planlar 2006-cı ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanmış və Avropa bazarının Xəzər nefti sayəsində təhlükəsizliyinin təmin edilməsinə yönələn «Enerji sahəsində əməkdaşlıq haqqında Memorandum» əsasında həyata keçirilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG