Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:19

Vərəm gündə 4400 nəfərin həyatına son qoyur


Ban Ki-Mun bildirir ki, vərəmin qarşısını almaq üçün qlobal plan tam şəkildə həyata keçirilməlidir
Ban Ki-Mun bildirir ki, vərəmin qarşısını almaq üçün qlobal plan tam şəkildə həyata keçirilməlidir

«Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, bütün dünyada vərəmə yoluxma hadisələrinin demək olar ki, 60 faizi artıq qeydiyyata alınır və bunların böyük əksəriyyəti müalicə edilir». BMT baş katibi Ban Ki-Munun 24 mart–Ümumdünya Vərəm Günü münasibətilə müraciətində belə deyilir: «Keçən onillik ərzində hökumətlər və geniş miqyasda müxtəlif tərəfdaşların səyləri nəticəsində 26 milyon xəstə vərəmə qarşı təsirli müalicə almışdır».


Müraciətdə bildirilir ki, eyni zamanda, bir çox ölkədə vərəm baş qaldırmaqdadır: «Xəstəlik hələ də gündə 4400 nəfərin həyatına son qoyur. Vərəm xəstəliyinə tutulan insanların sayı artmaqdadır. QİÇS-ə yoluxmuş insanların əksəriyyəti bilavasitə vərəmdən ölür – indi dərmanlara olduqca davamlı vərəmin meydana gəlməsi bizi nəinki yeni pandemiya (geniş yayılmış epidemiya) təhlükəsi ilə hədələyir, bu həm də QİÇS-ə qarşı müalicə proqramlarının effektivliyini ciddi təhlükə altına alır».


Ban Ki-Mun bildirir ki, vərəmin qarşısını almaq üçün 2006-2015-ci illər üzrə qlobal plan tam şəkildə həyata keçirilməlidir. «Əgər biz bunu etsək, 14 milyon insanın həyatını xilas edər, vərəmin ləğv olunması üçün vacib, son dərəcə ehtiyac duyulan yeni dərmanların və diaqnostika vasitələrinin işlənib hazırlanmasına imkan yaradarıq».


Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda hazırda 8000-ə yaxın vərəm xəstəsi var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG