Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

Estoniya və Latviya da «Borjomi»ni qadağan etdi


«Borjomi»nin tərkibindəki bariumun ürək-damar xəstəlikləri riskini artırdığı bildirilir

«Borjomi»nin tərkibindəki bariumun ürək-damar xəstəlikləri riskini artırdığı bildirilir

Gürcüstanın məşhur mineral suyu olan «Borjomi» istehsalçıları yeni problemlə qarşılaşıblar: bu dəfə Baltikyanı ölkələrdə. Estoniya və Latviyada bir neçə min şüşə sərinləşdirici içki satışdan çıxarılıb. Oxşar addımı ötən il Rusiya da atıb.


Latviyanın Baytarlıq Xidməti «Borjomi»nin 38-ci quyusundan doldurulan beş mindən çox şüşənin satışının qarşısını alıb. Tallində bildirirlər ki, qadağa suyun Avropa Birliyi (AB) standartlarına cavab verməməsi ilə bağlıdır.


Birinci səbəb odur ki, suyun tərkibindəki barium həddindən çoxdur. AB standartlarına görə, 1 litr suda 1 millilitr barium yetərli olduğu halda, «Borjomi»nin tərkibində bu göstərici 1 litrdə 6 millilitr təşkil edib. Mütəxəssislər hesab edirlər ki, uzun müddət istifadə edilən içməli suyun tərkibində olan bu maddə ürək-damar xəstəlikləri riskini artırır.


İçkinin qadağan edilməsinin ikinci səbəbi kimi 38 və 41-ci quyulardan çıxarılan «Borjomi»nin adının ümumiyyətlə, Avropa Birliyinin mineral sular siyahısında olmamasıdır.


Suyun çıxarılması və satışı ilə məşğul olan «Georgian Glass & Mineral Water» şirkətindən «İzvestiya» qəzetinə məsələ ilə bağlı hələlik şərh vermək istəmədiklərini bildiriblər.
Ancaq gürcülərin optimizmi üçün əsas var. Belə ki, Moskvanın Arbitraj Məhkəməsi «Georgian Glass & Mineral Water» şirkətinin eyni ticarət markası ilə məhsul satan «Rus Borjomisi» şirkətinə qarşı iddiasını təmin edib. Rus şirkəti beş milyon rubl cərimə ödəməli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG