Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Mirzə Sakitin səhhətinin pisləşdiyi bildirilir


Mirzə Sakit 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır

Mirzə Sakit 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit imzasıyla satirik şeirlər yazan Sakit Zahidovun səhhətinin pisləşdiyi bildirilir.



Bu barədə «Azadlıq» radiosuna Sakit Zahidovun həyat yoldaşı Rəna Zahidova məlumat verib. Onun sözlərinə görə, ailə üzvləri martın 20-də həbsxanada olanda Sakit Zahidov mədə və ürək ağrıları kəskinləşdiyindən onlarla normal söhbət edə bilməyib: «O, ağrılardan, danışa bilmirdi». Həyat yoldaşı deyir ki, jurnalistin ciddi müalicəyə ehtiyacı var.

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov deyir ki, əgər Sakit Zahidovun səhhətində hansısa problem yaranarsa o, müəssisənin həkimlərinə müraciət etməlidir. Şöbə rəisi bildirir ki, jurnalistin səhhətində ciddi problem varsa o, Ədliyyə Nazirliyinin mərkəzi xəstəxanasına köçürülə bilər.


Sakit Zahidov 2006-cı ilin iyununda həbs edilib. O, narkotik maddələrin alverində ittiham edilib. Sakit Zahidov isə həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir. O, 2006-cı ilin dekabrından 14 saylı təcridxanada cəza çəkir.


Günün bütün mövzuları

XS
SM
MD
LG