Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:39

«Ermənistan - Qafqaz pələngi kimi..»


Ermənistanda iqtisadiyyatın bəzi sahələri inhisardadır
Ermənistanda iqtisadiyyatın bəzi sahələri inhisardadır

Martın 20-də Yerevanda keçirilən mətbuat konfransında Dünya Bankının (DB) hazırladığı «Ermənistan - Qafqaz pələngi kimi, davamlı iqtisadi artım siyasəti» adlı araşdırmanın nəticələri açıqlanıb. DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə aparıcı iqtisadçısı Saumya Mitra deyir ki, «pələng» sözü iqtisadiyyatdakı göstəriciləri iki dəfə artmış və yoxsulluq səviyyəsi azalmış ölkələrdən söhbət gedəndə işlənir. Məsələn, Honq Konq, Sinqapur, Cənubi Koreya və Tayvana «dörd Asiya pələngi» deyirlər, çünki bu ölkələrdə 1960-cı illərin əvvəllərindən 90-cı illərədək yüksək iqtisadi artım olub.


Cənab Mitranın sözlərinə görə, Ermənistanda artımın neftə, ya da hansısa başqa təbii ehtiyatlara əsaslanmaması dərin təsir bağışlayan faktdır. Eyni zamanda, o, deyir ki, bu artımı saxlamaq üçün ölkədə gərək struktur və təsisat islahatlarının ikinci mərhələsi aparılsın. Bu da idarəçiliyi yaxşılaşdıracaq, ölkədə ədalətli rəqabət və daha yüksək səviyyədə maliyyə xidmətlərinin yaranmasına gətirəcək.


Onun sözlərinə görə, uğurlu iqtisadiyyat üçün elə şərait lazımdır ki, hər bir sahibkar ölkənin bazarına girə və oradan çıxa bilsin.


Ədalətli rəqabətə bir sıra formal və qeyri-formal faktorlar təsir göstərir. Bu maneələri bəzən oliqarxlar, ya da siyasi və iqtisadi maraqlar güdənlər törədirlər.


Araşdırmaya görə, Dövlət Rəqabət Komissiyası zəifdir və lazımi səviyyədə rəqabəti təmin edə bilmir.


Ermənistanda iqtisadiyyatın bəzi sahələri inhisardadır.


Bu sahələrə hökumətə yaxın varlı iş adamları nəzarət edirlər. Məsələn, yanacaq, buğda, qənd və başqa malların ölkəyə gətirilməsi inhisardadır.


Saumya Mitra bir məsələyə də diqqəti çəkir – mülki aviasiyada rəqabətin olmamasına. O, deyir ki, Ermənistan hökuməti aviasiyanı liberallaşdıra bilməyib və süni olaraq hava nəqliyyatının qiymətlərini yüksək səviyyədə saxlayır. Bundan da «Armavia» dövlət hava yolları şirkəti faydalanır.


Dünya Bankı bildirir ki, aviasiyanın de-fakto inhisarda olmasına görə, hava ilə yükdaşımaların səviyyəsi 1997 və 2003-cü illər arasında azalıb. Tədqiqatda deyilir ki, Ermənistanda davamlı inkişafa mane olan faktorlar arasında telekommunikasiyada qiymətlərin baha və aşağı keyfiyyətli olması, bir də maliyyə sisteminin inkişaf etməməsi də var.


DB-nin iqtisadçıları həm də Ermənistanın vergi və gömrük sistemində qanun aliliyi ilə bağlı problemlərin olduğunu və korrupsiyanın geniş yayıldığını deyirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG