Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:20

Elmar Məmmədyarov Dövlət Departamentində görüşlərə başladı


XİN başçısı ABŞ-da enerji təhlükəsizliyi üzrə anlaşma memorandumu imzalanacaq
XİN başçısı ABŞ-da enerji təhlükəsizliyi üzrə anlaşma memorandumu imzalanacaq

ABŞ-da səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin İnsan Haqları, Demokratiya və Əmək məsələləri üzrə köməkçisi Barri Lovenkronla görüşüb. Görüşdə Azərbaycan insan haqlarının vəziyyəti, demokratiya məsələləri müzakirə olunub.


Az sonra isə Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi Kondoliza Raysla görüşəcək. Görüşdən sonra ABŞ və Azərbaycan arasında «Enerji təhlükəsizliyi üzrə anlaşma memorandumu» imzalanacaq.


Martın 23-də isə Dövlət Departamentində Amerika Azərbaycan Enerji Dialoqu keçiriləcək. ABŞ-ı tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Mətyu Brayza təmsil edəcək. Azərbaycanlı nazirin Pentaqon rəsmilərilə də görüşləri gözlənilir.


Cənab Məmmədyarovun Amerika Dövlətləri Təşkilatının Baş Katibi Xose Miqel İnsulza və ABŞ-ın aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə də görüşü gözlənilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG