Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:12

Rusiya Avropa Birliyinə qarşı Macarıstanla enerji əməkdaşlığı qurur


Putin Dyurçana «konkret layihələri» müzakirə etməyi təklif edib
Putin Dyurçana «konkret layihələri» müzakirə etməyi təklif edib

Rusiya prezidenti Vladimir Putin martın 22-də Novo-Oqaryovada Macarıstanın Baş naziri Ferents Dyurçanı qəbul edib. Danışıqların əsas mövzusu enerji məsələləridir.


Macarıstanın sosialist hökuməti «Qazprom»un Türkiyə ərazisi vasitəsilə «Mavi axın» kəmərinin tikintisini dəstəkləyir. Kəmər Xəzər qazının Rusiyanın nəzarəti altında Avropa Birliyinə ixracını nəzərdə tutur. Layihə reallaşsa, Avropa Birliyinin «Nabukko» kəmərinin inşasına dair planları pozula bilər. «Nabukko» Rusiya qazından həddən artıq asılılıqla mübarizədə əsas vasitələrdən biri hesab olunur.


«Nabukko» Xəzər qazını Türkiyə vasitəsilə Avstriya və başqa ölkələrə daşımağı nəzərdə tutur.


«Keçmiş SSRİ tərəfdarları arasında Rusiyanın əsas hədəfi Macarıstan və Bolqarıstan olub. Sosialist məmurlarla çoxdankı şəxsi əlaqələrinə söykənərək, Kreml Avropanın enerji diversifikasiyasına mane olmaq üçün kəmərlərini və pərakəndə satış şəbəkəsini inkişaf etdirir...Moskva Macarıstanı Xəzər qazının nəqlində əsas yükboşaltma məntəqəsi edəcəyinə söz verəndə, Budapeşt asan pullardan şirniklənib», – deyə «Wall Street Journal» qəzeti Moskvanın təşəbbüsünü şərh edir.


Təəccüblü deyil ki, Putin Rusiya və Macarıstanın enerji sahəsində böyük əməkdaşlıq planının olmasını xüsusi qeyd edir: «Qaz sahəsində ümumiyyətlə, heç bir problemimiz yoxdur, bu sektorla bağlı isə böyük planlarımız var», – deyə Putin jurnalistlərə bildirib.


Rusiya prezidenti həmçinin deyib ki, Macarıstan nazirinin neft təchizatı ilə bağlı iradları olub: «Bütün bu problemlər artıq qapanıb».


Bu arada İTAR TASS xəbər verir ki, Putin Dyurçana «konkret layihələri» müzakirə etməyi təklif edib, amma söhbətin nədən getdiyi dəqiqləşdirilmir. Dyurçan isə cavabında deyib: «Bizim prinsip – «keçmişdə az, indikindən və gələcəkdən çox, siyasətdən az – işdən çox» prinsipi səmərəli alınıb».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG