Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:37

Rusiya İrandan üz döndərir?


İranın cənubu -- Buşehrdə nüvə obyekti, 26 fevral 2006
İranın cənubu -- Buşehrdə nüvə obyekti, 26 fevral 2006

Buşehrdə nüvə reaktorunun inşasında Rusiya ilə İran arasında baş verən ziddiyyət Moskvanın Tehranla nüvə əməkdaşlığına yenidən baxmağa hazırlığının ilk müjdəsi ola bilər. Nüvə reaktorunun tikintisində çalışan Rusiya mütəxəssislərinin bir qrupunun Buşehrdən getməsi xəbərini Amerika müşahidəçiləri və diplomatları bu cür yozurlar.


Harvard Universiteti nəzdində Rusiya Təhqiqatlar Mərkəzinin direktoru Marşall Qoldman hesab edir ki, Moskvanın sözügedən addımı atarkən hansı arqumenti rəhbər tutmasından asılı olmayaraq, bu, müsbət addımdır və Rusiya-Amerika münasibətlərinin istiləşməsinə səbəb ola bilər:


- Mənim fikrimcə, Rusiyanın bu demarşının səbəbi nə olursa-olsun (pul, siyasi mülahizələr, təhlükəsizlik, pis hava), əgər Moskva həqiqətən də Buşehrdə atom reaktorunun tikintisini dayandırıbsa, bunu yalnız alqışlamaq olar. Çünki bu addım ola bilsin, nüvə silahının Tehranın əlinə düşməsi prosesini ləngidəcək. Şəxsən mən bu addımı Moskvada sağlam düşüncənin təzahürü kimi izah edərdim. Yaxşı yadımdadır, sentyabrda Qərb politoloqları ilə görüşü zamanı prezident Putin dedi ki, o, nüvə materiallarının mülki və hərbi məqsədlər üçün istifadəsi imkanları arasında səddin nə qədər kövrək olduğunu yaxşı dərk edir. Elə o zaman İran uranının Rusiyada zənginləşdirilməsi ideyası nəzərdən keçirilirdi, amma iranlılar onu kökündən dəfn etdilər.Aydındır ki, onlara nüvə yanacağının zənginləşdirilməsi üzərində tam nəzarət lazımdır.



- Başqa sözlə, siz hesab edirsiniz ki, Rusiya İranla nüvə əməkdaşlığı hüququ əsasında on il ABŞ-la açıq və gizli qarşıdurmadan sonra mahiyyətcə, öz səhvlərini etiraf etməyə və əsaslı strateji dönüş etməyə hazırdır?


- Əlbəttə, mütəxəssislərin geri çağırılmasına səbəb Tehranın Rusiyanın xidmətlərini ödəməməsi də ola bilər. O da istisna deyil ki, bu, sadəcə, anlaşılmazlıqdır və tezliklə həll olunacaq. Amma o da mümkündür ki, Buşehr layihəsindən qazanca kəskin ehtiyacı olmayan Moskva qət edib ki, Avropa və Birləşmiş Ştatlarla normal münasibətlər daha dəyərlidir. Xüsusən Rusiyanın bəzi aparıcı korporasiyaları İranla əməkdaşlıq etdiyinə görə, Amerikanın tətbiq etdiyi sanksiyalar ucbatından pul və kontraktlar itirirlər. Odur ki, Tehranın borclarını ödəməməsi Moskva üçün rahat bəhanə ola bilərdi ki, bir neçə problemi birdən həll etsin.


- Bu halda növbəti məntiqi addım İrana qarşı sanksiyaları sərtləşdirən BMT-nin qətnamə layihəsinə Rusiyanın razılığı ola bilərmi?


- Ola bilər. İran prezidenti ciddi aksiyalara səbəb ola biləcək bəyanatlar verir. Hətta İranın daxilində belə öz prezidentləri sayəsində ölkənin səfilə çevrilməsindən narahatlıq hissi keçirən çoxlu insanların etirazı eşidilməkdədir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG