Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Hollivud İranı əsəbiləşdirib


Hollivudun istehsal etdiyi «300» filmi ilk həftədə 70 milyon tamaşaçı toplayıb

Hollivudun istehsal etdiyi «300» filmi ilk həftədə 70 milyon tamaşaçı toplayıb

Hollivud qədim Yunan-İran savaşı haqqında çəkdiyi film İranda qəzəbə səbəb olub. Zak Snayderin rejissoru olduğu film Fermopil savaşını təsvir edir. Filmin adı sadədir- «300».

Tarixə görə, böyük Daranın oğlu Kserksin başçılıq etdiyi nəhəng bir ordunun qarşısını 300-ə yaxın yunan spartalı kəsib. İranlılar filmdə «persiyalı» obrazının təhrif olunduğunu, onların amansız və axmaq sifətdə göstərildiyini deyirlər. İran hökuməti bu filmdən BMT-yə şikayət edib.


İran səfiri Məhəmməd Rza Deşiri UNESCO-ya məktubunda yazır ki, dinc yanaşı yaşamağı düşmənçilik, müharibə və yekəxanalıqdan üstün tutmaq bu təşkilatın borcudur.


Bu filmdən narazı qalanlar arasında təkcə İranda yaşayan yox, xaricdə yaşayan iranlılar da çoxdur. Birləşmiş Ştatlarda yaşayan aktyor Azadə Müavini deyir: «Mənim üçün susmamaq çox vacibdir. Məncə, bu çox həssas məsələdir. Filmin anonsuna və bəzi parçalarına baxanda ilk baxışdan başa düşmədim. Çox qəribə idi. Şah Kserks kimi məşhur bir şəxsiyyəti mənfi təsvir edildiyini görüb sarsıldım».


Bir çox müşahidəçilər hesab edir ki, İran hökuməti ictimaiyyətin qəzəbindən siyasi məqsədlə istifadə etmək istəyir. Onların versiyasına görə, İran hökuməti

Filmin süjeti eramızdan əvvəl 480-ci ildə 300 spartalı yunanın sayı yüz minləri keçən nəhəng İran ordusunun qarşısını 3 gün kəsməsiylə bağlıdır
Hollivud filminə görə, yaranmış bu əhvaldan milli hisləri qızışdırmaq və beynəlxalq təzyiq altında olan İran hökumətinə əhalinin dəstəyini artırmaq istəyir.


Amerikanın film yayımçılarından «Varner Qardaşları» «300» filminin qəsdən hansısa mədəniyyəti gözdən salmaq niyyəti olmadığını deyir. Bu şirkət məqsədin auditoriyanı əyləndirmək olduğunu bildirir. Tamaşaya çıxarıldığı ilk həftədə film 70 milyon tamaşaçı toplayıb.


Süjet eramızdan əvvəl 480-ci ildə 300 spartalı yunanın sayı yüz minləri keçən nəhəng İran ordusunun qarşısını 3 gün kəsməsiylə bağlıdır. Fermopil dənizlə dağ arasında dar keçiddir. Həmin yeri tutmaq üçün tarixi mənbələr iranlıların dəfələrlə hücuma keçdiyini, amma, ağır itki verərək qayıtdığını deyir.


Yunan tarixçilərinə görə, sonda Kserksin ordusu spartalıları dövrəyə alaraq, onları məhv edib. Film qədim tarixi mənbələrin, o cümlədən Herodotun yazdıqlarına uyğundur.


Filmdə yunanlar Qərb mədəniyyətinin müdafiəçiləri kimi təsvir olunur, farslar isə irrasional, barbar görkəmində verilir.


Amerikalı film tənqidçisi Co Quinanın «Azadlıq» radiosuna dediyinə görə, film sadəcə gülməlidir və komik bir üslubda çəkilib.


Quinin sözlərinə görə, tarixi qaliblər yazırlar. Bu halda qaliblər yunanlardır. Əgər farsların öz versiyası varsa, onu yazmalıdırlar. Onun sözlərinə görə, iranlılar məsələyə geniş yanaşmalıdırlar: «Əgər iranlılar Çingiz Xanın XIII əsrdəki müdaxiləsi və İranı dağıtması haqqında film çəkmək istəyirlərsə, onda monqollar etiraz edib şikayətlənərlər ki, onlar niyə bu görkəmdə təsvir olunublar».


Quin həmçinin bu filmdə spartalıların Qərb demokratiyasını Asiyadan gələn bəladan qoruması mənasının da olduğunu deyir.


Fermopil savaşı yunanları ruhlandırıb və növbəti il qələbə çalaraq iranlıları öz imperiyalarını Avropaya yaymağa qoymayıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG