Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:31

Bir qrup ziyalı Vahid Güc Mərkəzinin yaradılmasını istəyir


Ziyalılar bunu günün sosial sifarişi hesab edirlər

Ziyalılar bunu günün sosial sifarişi hesab edirlər

Bir qrup ziyalı Azərbaycandakı problemlərin həlli üçün Vahid Güc Mərkəzinin yaradılmasını istəyir. Martın 22-də ona yaxın ziyalı təşkilatının müxalifət partiyalarına, ictimai-siyasi və demokratik təşkilatlara müraciətində bu istək ifadə olunur. Xalqın hakimiyyətə və müxalifətə inamını itirdiyini bildirən ziyalılar hesab edirlər ki, ölkədəki korrupsiyanın, yerlibazlığın, qeyri-sağlam rəqabətin, hakimiyyətlə müxalifət arasındakı sosial gərginlıyin aradan qaldırılması üçün Vahid Güc Mərkəzinin yaradılmasına ehtiyac var. Ziyalılar bunu günün sosial sifarişi hesab edirlər. Onlar bildirirlər ki, ölkədəki problemlərin həlli naminə bütün partiya sədrləri, hərəkat rəhbərləri sözügedən güc mərkəzində birləşməlidirlər.


Sənədi imzalayan ziyalılardan biri - Fiziki Sağlamlığı Məhdud Ziyalılara Qayğı Təşkilatının sədri Mehdi Məmmədov: «Bizim istəyimiz odur ki, hökumətli, müxalifətli, ziyalılı, sadə vətəndaşlı hamı bir yerdə Vahid Güc Mərkəzi yaratsın və xalqı düşdüyü bu vəziyyətdən çıxsarsın».


Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev də hesab edir ki, müraciətdə məqsəd özünü demokratik qüvvə hesab edənləri vahid mərkəzdə birləşməyə çağırmaqdır: «Bunun üçün biz müraciət etdik ki, birlik nümayiş etdirmək vaxtıdır».


Günün bütün mövzuları

XS
SM
MD
LG