Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

ABŞ Senatoru Azərbaycanda «siyasi məhbus»ların artdığını deyir


Senator Riçard Börr Fərhad Əliyevin qərbyönümlü siyasətçi olduğunu bildirir

Senator Riçard Börr Fərhad Əliyevin qərbyönümlü siyasətçi olduğunu bildirir

Elmar Məmmədyarovun ABŞ Dövlət Katibi Kandoliza Raysla görüşündə Azərbaycandakı insan haqları məsələsi də müzakirə edilə bilər. Şimalı Karolina ştatından olan senator Riçard Börr belə bir xahişlə xanım Raysa məktub ünvanlayıb. Məktubda Azərbaycanda «siyasi məhbus»ların artdığı göstərilir. Riçard Börr Dövlət Katibindən Azərbaycanda insan haqları, «siyasi məhbuslar»-xüsusən də, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsxanadakı vəziyyəti ilə bağlı narahatlığını Azərbaycan tərəfinin nəzərinə çatdırılmasını istəyir. Məktubda Fərhad Əliyevin qərbyönümlü siyasətçi olduğu və onun həbsi və istintaq proseduralarının heç də bütün normalara cavab vermədiyi bildirilir.



Azərbaycan xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarovla ABŞ Dövlət Katibinin görüşü martın 22-də olacaq.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və digər yüksək vəzifəli şəxslər 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG