Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:05

Ban Ki Mun Əfqanıstana dair hesabatını təqdim edib


BMT Baş katibi Ban Ki Mun düşünür ki, Əfqanıstanda ciddi itkilər verən taliblər müəyyən strateji müvəffəqiyyət əldə edə biliblər.


Qiyamçılar kabili Kandaqar və Herat əyalətləri ilə birləşdirən əsas yollarda hərbi əməliyyatları aktivləşdiriblər. Onların hücumlarının hədəfi Kabilin rəsmi nümayəndələri, yerli liderlər və koalisiya qüvvələrinin hərbçiləridir.


Son altı ayda 77 kamikadze terror aktı törədib, əvvəlki yarım ildə onların sayı 53 olub.


Taliblərin fəaliyyəti əsasən xaricdən maliyyələşdirilir – deyə Ban Ki Munun BMT Təhlükəsizlik Şurasına təqdim oluna hesabatında bildirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG