Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:32

BMT-nin Baş Katibi Bakıya səfər edəcək


Ban Ki Mun Azərbaycana səfər etməklə bağlı dəvəti qəbul edib

Ban Ki Mun Azərbaycana səfər etməklə bağlı dəvəti qəbul edib

Martın 20-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Katibi Ban Ki Munla görüşüb. Bu barədə «Trend»ə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev məlumat verib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı mərhələsi müzakirə edilib.


Xarici siyasət idarəsinin başçısı Azərbaycanın mövqeyini açıqlayıb, bildirib ki, bir sıra beynəlxalq təşkilatların, həmçinin BMT-nin regional münaqişələrin həllinə fəal qoşulması onların beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinə imkan verəcək.


Elmar Məmmədyarov Ban Ki Muna Azərbaycana səfər etməsi ilə bağlı prezident İlham Əliyevin dəvətini çatdırıb. Baş Katib dəvəti qəbul edib. Səfərin tarixi razılaşdırılacaq. Nazirlə Ban Ki Mun həmçinin BMT-də islahatlar məsələsini də müzakirə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG