Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:02

Bayram günlərində Bakıda hava tutqun olacaq


Novruz bayramı günlərində Bakıda hava tutqun olacaq. Bu cür hava şəraiti həftənin sonuna kimi davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun rəsmisi Umayra Tağıyeva «Azadlıq» radiosuna bildirib ki, Xəzər dənizi ərazisindən rütubətli hava kütlələri daxil olduğundan yaxın günlərdə dəyişiklik gözlənilmir.


Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 10-12 dərəcə olacağı, rayonlarda isə həftənin sonuna intensiv yağışlar yağacağı gözlənilir.


XS
SM
MD
LG