Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:22

Rafiq Tağı və Samir Sədaqətoğlunun məhkəməsi aprelin 2-də olacaq


Məhkəmə prosesi iki dəfə təxirə salınıb
Məhkəmə prosesi iki dəfə təxirə salınıb

Martın 19-da Səbail Rayon Məhkəməsində yazıçı-jurnalist Rafiq Tağının və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun işi üzrə hazırlıq iclası keçirilib. Əsas məhkəmə baxışı aprelin 2-nə təyin olunub.


2006-cı ilin noyabr ayında Rafiq Tağının «Sənət» qəzetində dərc olunan «Avropa və biz» adlı məqaləsi islam dininin insanların azadlığını boğması, bəşəriyyətin inkişafına mane olması və Məhəmməd peyğəmbərin Şərq ölkələri üçün problem yaratması barədə olub.


«Associated Press» yazır ki, bu məqalədən qeyzlənən Bakı kəndinin bir qrup sakini hətta müəllifin ölümünə fitva da vermişdi. Bu hadisə keçmiş Sovet ölkəsi olan Azərbaycanda söz azadlığı və xarici təsirlərə baxışı xeyli dərinləşdirib.


Rafiq Tağı özünü günahkar saymadığını deyib və bildirib ki, onun yazdığı məqalə tamamilə bədii-ədəbi xarakter daşıyıb. Məhkəmə prosesində Rafiq Tağı konstitusion hüquqlarının pozulduğunu və dövlətin onu qeyri-müsəlman kimi təsvir etməyə çalışdığını deyib. O, eyni zamanda, rəsmiləri siyasi təqibdə günahlandırıb.


Rafiq Tağı və Samir Sədaqətoğlunun təqsiri sübut olunarsa, onlar 3 ildən 5 ilə kimi həbs cəzası ala bilərlər. Məhkəmə prosesi iki dəfə təxirə salınıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG