Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:17

İranla Ermənistanı birləşdirən qaz kəmərinin açılışı baş tutub


Layihə tərəflər arasında uzun danışıqlardan sonra 2004-cü ildə imzalanıb
Layihə tərəflər arasında uzun danışıqlardan sonra 2004-cü ildə imzalanıb

İranla Ermənistanı birləşdirən qaz kəmərinin açılışı pis hava şəraitinə baxmayaraq baş tutub.


Martın 19-da İran prezidenti Mahmud Əhmədinejat Ermənistana gəlib. Səfərdə məqsəd Ermənistana çəkilən qaz kəmərinin Meğri şəhərindən keçən 40 km-nin açılışı olub.


Açılış mərasimində Ermənistan prezidenti Robert Koçaryan, 15 il öncə Meğridə bu iki ölkəni əlaqələndirən heç bir əlamətin olmadığını deyib: «Burada yalnız soyuq müharibəni xatırladan tikanlı məftillər var idi. Bu gün həmkarımı salamladığım körpü əvvəllər yox idi. Yalnız keçən il bu körpüdən ancaq 600.000 ton mal daşınıb. 10 il bundan öncə elektrik sistemlərimiz arasında da heç bir əlaqə mövcud deyildi».


İran prezidenti Mahmud Əhmədinejat isə bildirib ki, hər iki xalq gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinə çalışacaq.


İranla Ermənistanın birgə qaz layihəsi çərçivəsində, ilkin mərhələdə Ermənistana hər il 400 milyon kub metr həcmində qaz ötürülməsi planlaşdırılıb. Qaz kəmərinin paytaxt Yerevana çəkilişindən sonra, ötürüləcək qazın həcmi 2.5 milyard kub metrə çatdırılacaq.


Layihə tərəflər arasında uzun danışıqlardan sonra 2004-cü ildə imzalanıb. Layihədə məqsəd Yerevanın bahalı Rusiya qazına alternativ mənbə əldə etməsidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG