Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:46

Hüseyn Abdullayevin deputat səlahiyyətlərinə xitam verilə bilər


Hazırda parlamentdə Hüseyn Abdullayevin məsələsi müzakirə olunur

Hazırda parlamentdə Hüseyn Abdullayevin məsələsi müzakirə olunur

«Hüseyn Abdullayevin deputat səlahiyyətlərinə xitam verilməsinə dair əsaslar var». Milli Məclisin martın 19-da keçirilən iclasında Baş prokurorun müavini Rüstəm Usubov belə deyib. O, Hüseyn Abdullayevin Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 132-ci (döymə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında parlamentdən icazə istəyib.


Parlamentin İntizam Komissiyasının sədri Ağacan Əbiyev isə bildirib ki, komissiya üzvləri bir nəfər əleyhinə, altı nəfər lehinə olmaqla Hüseyn Abdullayevin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.


Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Hüseyn Abdullayevin hərəkətlərini yolverilməz adlandırıb: «Parlament bu ləkəni öz üzərindən götürməlidir». O, ümid etdiyini bildirib ki, parlament çoxluğu onun deputat səlahiyyətlərinin xitam verilməsinə səs verəcək.


Hazırda parlamentdə bu məsələnin müzakirəsi davam edir.


Milli Məclisin martın 16-da keçirilən iclasında Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında yaranmış mübahisə əlbəyaxa döyüşlə nəticələnib.


Günün bütün mövzuları

XS
SM
MD
LG