Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:51

ABŞ Senatı Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib


ABŞ Senatı Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən qanun layihəsinə səs verib. Sənəd Şimal Atlantika İttifaqına üzvlüyə hazırlıqlar üçün bu ölkələrə maliyyə vəsaitlərinin ayrılmasını da nəzərdə tutur. «NATO çərçivəsində azadlığın möhkəmləndirilməsi haqqında» qanun yekdilliklə qəbul olunub


Ukrayna və Gürcüstanla yanaşı, siyahıda Albaniya, Makedoniya və Xorvatiya da var. Sənəddə deyilir ki, bu ölkələr NATO-ya aparan yolda nəzərə çarpacaq dərəcədə irəliləyişə nail olublar , alyansa daxil olmaq üçün lazımi şərtləri yerinə yetiriblər.


Buna qədər Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü Konqresin Aşağı palatası da dəstəkləyib. İndi söz prezident Corc Buşundur.


XS
SM
MD
LG