Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Milli Məclisin növbədənkənar iclası keçiriləcək


Milli Məclisdə dava, 16 mart 2007

Milli Məclisdə dava, 16 mart 2007

Martın 19-da Milli Məclisin növbədənkənar iclası keçiriləcək. Bu barədə deputatlara martın 17-də Milli Məclis aparatından müraciət olunub. İclasın nə ilə bağlı olduğu rəsmi olaraq deputatlara bildirilməyib.


Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn «Azadlıq» radiosuna deyib ki, buna səbəb martın 16-da parlamentə millət vəkilləri Hüseyn Abdullayevlə Fəzail Ağamalı arasında baş verən əlbəyaxa davaya münasibət bildirilməsi ola bilər.


Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc da bu iclasın parlamentdə baş verən qalmaqalla əlaqəli ola biləcəyini istisna etmir. O, deyib ki, bütün hallarda bu hadisə diqqətdən kənarda qalmamalı və ona hüquqi qiymət verilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG