Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

İran prezidenti BMT Təhlükəsizlik Şurasında çıxış edə biləcək


İran prezidenti Mahmud Əhmədinejad ölkəsinə qarşı sanksiyalar məsələsinə baxılmazdan əvvəl BMT Təhlükəsizlik Şurasında çıxış edə biləcək.


Şura üzvləri İran liderinin xahişinə etiraz etməyiblər. Birləşmiş Ştatlar Mahmud Əhmədinejadın Nyu-Yorka gəlməsi üçün ona viza verəcəyinə işarə edib.


İran uran zənginləşdirməni dayandırmaq tələbini yerinə yetirmədiyinə görə Təhlükəsizlik Şurasında ona qarşı yeni sanksiyalarla bağlı səsvermə gözlənir.


Lakin səsvermənin nə vaxt keçiriləcəyi hələlik dəqiq bəlli deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG