Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:27

Şimali Koreya əsas nüvə mərkəzini bağlamağa hazırlaşır


Şimali Koreya özünün Yonben nüvə reaktorunu dayandırmağa hazırdır.


Bu barədə Pekində işçi məsləhətləşmələri zamanı Şimali Koreya nümayəndə heyətinin rəhbəri Kim-Ki-Qvan məlumat verib.


Şimali Koreya həmçinin bütün nüvə layihələrinin siyahısını təqdim etməyə hazırdır, amma müəyyən şərtlərlə, o cümlədən Makaonun banklarının birində dondurulmuş 25 milyon dollarlıq hesabın açılması şərtilə.


Şimali Koreyanın həmin fondları Vaşinqton Makaonu Şimali Koreya ilə qanunsuz sövdələşmələrdə təqsirləndirdikdən sonra dondurulub.


ABŞ Maliyyə Nazirliyinin yüksək rütbəli nümayəndəsi Denni Gleyzer Makaoda danışıqlarda deyib ki, bu haqda qərarı yerli hakimiyyət verməlidir.


XS
SM
MD
LG