Martın 17-si səhər Samarada təyyarə qəzası nəticəsində altı nəfər həlak olub, 50-dən çox adam isə yaralanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, pis hava şəraitində eniş zamanı «Tu-134» təyyarəsi qanadı ilə yerə ilişib.
«YuT-Eyr» aviasiya şirkətinə məxsus «Tu-134» Surqut-Samara-Belqorod marşrutu ilə uçurdu.
Faciənin pilotların səhvi ucbatından baş verdiyi güman edilir.