Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58

Tacikistan Azərbaycan investorlarına dörd layihə təklif edəcək


Tacikistanda 113 mln. tondan çox neft, 863 milyard kub metr qaz var

Tacikistanda 113 mln. tondan çox neft, 863 milyard kub metr qaz var

Tacikistanın Energetika və Sənaye Nazirliyi Azərbaycan investorlarına minimum dörd neft-qaz investisiya layihəsini təklif etməyə hazırlaşır. Bunu Tacikistanın «Asiya-plyus» Xəbər Agentliyi yayıb.


Bu layihələr ölkənin cənubunda yerləşən «Kaşkokum», «Şimali Olimtoy», «Güldərə» yataqları və «Renqana» yatağının dördüncü mənbəyidir.


«Renqana»nın səkkiz mənbəyindən digər dördünün işlənməsi lisenziyası isə Rusiyanın «Qazprom» şirkətinə məxsusdur.


Tacikistanın Energetika və Sənaye Nazirliyindən onu da bildiriblər ki, bir neçə yataqda da geoloji tədqiqat işlərinin aparılmasına ehtiyac var: «Əgər Azərbaycan tərəfi təklif olunan investisiya layihələri ilə maraqlansa, onda bu təkliflə də qarşı tərəfə müraciət oluna bilər».


Mütəxəssislərin proqnozlarına görə, Tacikistanda 113 mln. tondan çox neft, 863 milyard kub metr qaz var. Neft yataqlarının 80 faizi ölkənin cənub-qərbində, 19 faizi isə Tacikistanın şimalında yerləşir.


Martın 15-16-da Azərbaycan prezidenti İlham Əliyev Tacikistanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycanla Tacikistan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 11 sənəd imzalanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG