Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:50

Əli İnsanov məhkəmə tərkibinə etiraz etdi


Əli İnsanov: «İttiham olunan tərəf məhkəmə tərkibinə etiraz edirsə, bu araşdırılmalıdır»

Əli İnsanov: «İttiham olunan tərəf məhkəmə tərkibinə etiraz edirsə, bu araşdırılmalıdır»

«Məhkəmə işə qərəzli baxır. Qanuna görə, ittiham olunan tərəf məhkəmə tərkibinə etiraz edirsə, bu araşdırılmalıdır». Sabiq Səhiyyə naziri Əli İnsanov martın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaldırdığı vəsatəti əsaslandırarkən belə dedi. Məhkəmə isə onun bu etirazını baxılmamış saxladı.


Hakim Faiq Qasımov dedi ki, etiraz təqsirləndirilən şəxsin özünün mülahizələrindən ibarətdir və qanunvericilikdə nəzərdə tutulan qaydada əsaslandırılmayıb.


İnsanovun vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev isə məhkəmə prosesinə sədrlik edən Faiq Qasımova etiraz etdi. Buna səbəb isə 14-15 mart tarixlərində müdafiə tərəfinin qaldırdığı bir sıra vəsatətlərin təmin olunmamasıdır.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd və kütləvi ixtişaşda təqsirləndirilərək həbs edilib. Bu ilin fevralın 15-də isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə eks nazir və daha 10 nəfərin məhkəməsi başlayıb. Onlar dövlət əmlakını mənimsəməkdə təqsirləndirilirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG