Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:19

«80 faiz müəssisələrdə əmək qanunvericiliyi tətbiq olunmur»


Sahib Məmmədov monitorinqin 200 respondent arasında aparıldığını deyir
Sahib Məmmədov monitorinqin 200 respondent arasında aparıldığını deyir

«Azərbaycanın 80 faiz müəssisələrində ümumiyyətlə, əmək qanunvericiliyi tətbiq olunmur. Bunlar əsasən, orta və kiçik sahibkarlıqla məşğul olan özəl strukturlardır. Əmək qanunvericiliyinin əsasən tətbiq olunduğu sahə dövlət sektorudur. Burada da pozuntular var, amma dövlət müəssisələri az-çoz əmək qanunvericiliyi olan yer sayılır».


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bu nəticəyə əmək müqavilələrinin monitorinqi zamanı gəlindiyini deyib.


Eyni zamanda, o, Azərbaycanda əməyin mühafizəsi sahəsində də ciddi problemlərin olduğunu bildirib: «2005-də qeydə alınmış 54 ölüm işindən cəmi doqquzu üzrə istintaq aparılıb, onun da beşinnə xitam verilib, dördü barədə isə yüngül məhkəmə qərarı çıxarılıb».


Monitorinqin nəticələrinə görə, rəyi soruşulanların 42 faizi işçi müqaviləsi imzalamadığını, 9 faizi əmək müqaviləsinin bağlanmasına ehtiyac olmadığını deyib. Eyni zamanda, respondentlərin 82 fazi əmək müqaviləsi bağlayarkən, onun şərtlərini müzakirə etmədiklərini ,12 faizi isə əmək müqaviləsində müəyyən dəyişikliklər etməyə cəhd göstərdiklərinə baxmayarq, onun uğursuzluqla nəticələndiyini deyib. Yalnız 6 faiz respondent müqavilədə dəyişiklliyə nail olub.


Monitorinq 200 respondent arasında aparılıb. Onların 35 faizi dövlət, 57 faizi özəl, 8 faizi isə birgə müəssisələrin işçiləridir.


Monitorinq 2006-cı ilin sentyabr ayından başlayaraq, 2007-ci ilin fevralına kimi olan dövrü əhatə edib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG