Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16

Türkiyə Nikosiyada divarın sökülməsini dəstəkləyir


Türkiyə divarın sökülməsi məsələsində beynəlxalq birliyin tanımadığı Şimali Kipr Türk Respublikasını dəstəkləyib. 40 ildən çox idi ki, bu divar adanın paytaxtı Nikosiyanı yunan və türk hissələrinə bölürdü.

Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Levent Bilman deyib: «Biz Nikosiyada divarın sökülməsi mövqeyini bölüşürük. 2005-ci ildə Şimali Kipr rəhbərliyi öz hissəsində hasarları söküb, yunan kiprlilərini bundan ibrət almağa və sərhədi açmağa çağırıb. Amma yalnız iki ildən sonra yunan rəhbərliyi öz ərazisində divarı söküb. Biz bunu gecikmiş, amma müsbət qərar hesab edirik».


Divarı sökmək qərarını Kipr Respublikasının rəhbərliyi verib. Amma Kipr prezidenti bəyan edib ki, dağıdılan divarın yerində sərhəd məntəqəsi yalnız türk qoşunları adadan çıxarılandan sonra açılacaq.


1974-cü ildə ada iki yerə - yunan və türk hissələrinə parçalanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG