Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Moskva küçələrində 300-400 min miqrant çalışır


Süpürgəçilər - qeyri-leqallar zirzəmilərdə yerləşirlər
Süpürgəçilər - qeyri-leqallar zirzəmilərdə yerləşirlər

Gündə Orta Asiyadan olan on minlərlə miqrant, çox vaxt qeyri-leqallar Moskva küçə və həyətlərini təmizləməklə məşğuldur. Amma paytaxtın kommunal idarələrində deyirlər ki, onlarda ştatda gəlmələr yoxdur, ərazilərin yığışdırılmasıyla isə yalnız Rusiya vətəndaşları məşğul olurlar.


Vəziyyətlə Moskvanın Federal Miqrasiya Xidməti maraqlanıb. İdarə mənzil-kommunal təsərrüfatların fəaliyyətini yoxlamaq niyyətindədir.


Moskvada süpürgəçi - qeyri-leqalın orta əməkhaqqı ayda dörd min rubldur. Amma rəsmən, mənzil-kommunal təsərrüfatların mühasibat cədvəli üzrə bu işə görə, süpürgəçilər 12 min rubl alırlar, bir qeydlə ki, bütün işçilər Rusiya vətəndaşlarıdırlar. Jurnalistlər hesab edirlər ki, kommunalçılar ştata yalançı şəxsləri rəsmiləşdirirlər, maaşlarda fərq isə mənzil-istismar idarələrinin rəhbərlərinin cibinə gedir.


Moskva küçələrində nə qədər qeyri-leqal miqrant çalışır? Moskva Şəhər Dumasının deputatı Aleksandr Zakandırin düşünür ki, haradasa 300-400 min adam: «Bu, mənzil-kommunal təsərrüfatları sahəsində yoxlanmış məlumatlardır. Biz bunu gündə öz evimizin yanında görə bilərik».


Moskvalılar nadir hallarda süpürgəçi işləməyə razı olurlar. Özü də kommunalçıların fikrincə, onların tələbləri olduqca yüksəkdir: tam əməkhaqqı almaq və eyni zamanda, ikidən çox həyətə qulluq etməmək. Tacikistan və Özbəkistandan gəlmələr çox az pula istənilən işə razıdırlar. Bir süpürgəçi-qeyri-leqal dörd evin yanındakı ərazini yığışdırır, xüsusi texnikanın olmamasından şikayətlənmir və minimum sutkada 12 saat işləyir. Hesablamanı paytaxtın mənzil istismar təsərrüfatlarından birinin əməkdaşı Viktor Şukovski aparıb: «Onların tələbləri yüksək deyil və istənilən pula istənilən işə hazırdırlar. Əgər hazırda Moskvada çilingərin maaşı 15 min rubldursa, onlara 7-8 min ödəyirlər. Fərq bundan ibarətdir».


Baxmayaraq ki, faktiki olaraq Moskvanın istənilən rayonunda gəlmə işçilər üçün yataqxanalar var, küçələrin yığışdırılması ilə məşğul olan insanlar orada yaşamırlar. Otaqların böyük hissəsi bazar tacirlərinə kirayə verilib. Süpürgəçilər - qeyri-leqallar zirzəmilərdə yerləşirlər. Bəzi texniki otaqlarda 50-dək insan yaşayır. Özü də buna görə miqrantlar binaların istismarı müdiriyyətinin rəhbərlərinə hər ay haqq ödəməlidirlər. Bunu paytaxtın mənzil-kommunal təsərrüfatının əməkdaşı Lyubov Şevkova deyir: «Ailəlilər-taciklər, özbəklər, moldovalılar, ukraynalılar bizdə işə düzəlmək üçün gəlirlər. Biz onlara heç nə vəd etmirik. Zirzəmilərə görə, rəhbərimiz Jivodkov onlardan pul alır, əgər əcnəbi özbək, tacik, ukraynalı, moldovalıdırsa, 500 rubl, rus, Rusiya vətəndaşıdırsa – 400 rubl. Bu siyahıları mən özüm hazırlamışam. Mən abadlıq və texnika üzrə mühəndis idim, biz zirzəmidə yaşayan insanlar barədə siyahılar hazırlayırdıq, onları isə buxalteriyaya təhvil verirdilər».


Moskvanın Federal Miqrasiya Xidməti mənzil-kommunal təsərrüfatlarını yoxlamaq niyyətindədir. Bu haqda jurnalistlərə Federal Miqrasiya Xidmətinin Moskva İdarəsinin rəisi Fyodor Karpovets məlumat verib. Yoxlamanın başlanma tarixi hələlik açıqlanmır. Paytaxt miqrasiya idarəsinin rəhbəri KİV vasitəsilə qanunsuz miqrantların əməyindən yararlanan işəgötürənlərə müraciət edib, xatırladıb ki, bu pozuntuya - hər qeyri-leqala görə, cərimə 800 minədək rubl təşkil edir.


«Qeyri-leqallar əslində, olduqca ucuz və həm də hüquqsuz işçi qüvvəsidir. Ona görə də, çox vaxt işəgötürənlər məhz belə vətəndaşlardan istifadə etməkdə maraqlıdırlar. Sonradan onların bu və ya digər dərəcədə hüquqlarını məhdudlaşdırmaq, əməkhaqqını ödəməmək olar və s.», – deyə Federal Miqrasiya Xidmətinin Moskva üzrə rəisinin müavini Artyom Frolov bildirir.


Federal Miqrasiya Xidmətinin əmək bazarında, xüsusilə də tikinti sektorunda qayda yaratmaq səyləri hələlik səmərə vermir. Böyük cərimələrə baxmayaraq, işəgötürənlər üçün işçi-miqrantların əməyindən yararlanmaq sərfəlidir. Özünü İqor kimi təqdim edən Moskvadakı tikinti sahəsinin birinin rəisi burada Rusiya vətəndaşlarının deyil, miqrantların çalışmasını «Azadlıq» radiosuna belə izah edib: «Bizim işçilər necə çalışırlar: saat 11, ya da 10-da gəldin, paltarını dəyişdin, zirzəmiyə girdin, laqqırtı vurdun, yuxunu aldın, saat 16-da getdin, paltarını dəyişdin, vəssalam».


Ekspertlər ehtiyatlanırlar ki, əgər Moskva rəhbərliyi əmək bazarını yoxlamaq kampaniyasına başlasa, işəgötürənlər miqrantlardan xilas olmağa başlayacaqlar. Hüquq müdafiəçiləri isə xəbərdarlıq edirlər ki, belə olan halda paytaxtı evsiz miqrantlar dalğası bürüyə bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG