Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrə görüşü barədə bəyanat yayıblar


ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin martın 14-də Cenevrədə baş tutan görüşü barədə birgə bəyanat yayıblar.


Bəyanatda deyilir ki, nazirlər səmimi və konstruktiv müzakirə aparıblar, prezidentlər İlham Əliyevlə Robert Koçaryanın ötən noyabrdakı görüşündən sonra tərəflərin qaldırdığı məsələləri götür-qoy ediblər. Narahatlıq doğuran məsələlər barədə fikir mübadiləsi olub. Nazirlər razılaşıblar ki, bu ilin aprelində yenidən görüşsünlər. Prezidentlərin gələcək görüşünü dəqiqləşdirmək üçün isə XİN başçılarının mayda bir də görüşəcəyi istisna edilmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG