Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

Böyük Britaniya nüvə potensialını yeniləşdirəcək


Britaniya parlamenti Baş nazir Toni Blerin nüvə potensialını modernləşdirmək təklifini dəstəkləyib.


«Traydent» raketləri ilə yeni sualtı qayıqların inşasına 30 milyarddan 40 milyardadək dollar vəsaitin ayrılması nəzərdə tutulur. Hazırda Böyük Britaniyanın sərəncamında olan submarinalar öz istifadə müddətlərini 2020-ci illərin ortalarında başa vuracaqlar.


Blerin təklifini yalnız leyboristlər deyil, müxalifdə olan mühafizəkarlar da dəstəkləyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG