Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:48

Fərhad Əliyev barədə cinayət işinin istintaqı yekunlaşıb


Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə 2005-ci ildə həbs olunub
Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə 2005-ci ildə həbs olunub

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevin barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb, materiallar tanışlıq üçün müdafiə tərəfinə təqdim edilib. Sabiq nazirə Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı, rüşvət alma, qardaşına isə vergi ödəməkdən yayınma və qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldar Əfəndiyev məlumat verib. Cənab Əfəndiyevin sözlərinə görə, Əliyev qardaşlarına qarşı dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlanmasına ilə bağlı elan olunan ittihamlar qüvvəsində qalır, bu ittihamlar ayrıca icraata götürülüb: «Bu ittihamlarla bağlı müəyyən istintaq əməliyyatları aparılmalı, şahidlər dindirilməlidir. Bu kimi məsələlərə görə, işi başa çatdırmaq mümkün olmayıb. Korrupsiya halları ilə bağlı işə məhkəmədə baxıldıqdan sonra dövlət çevrilişi və kütləvi iğtişaşlar hazırlamağa görə verilən ittihamlarla bağlı iş məhkəməyə göndəriləcək».


Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə 2005-ci ildə həbs olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG