Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07

«11 sentyabr»ın təşkilatçısı Bakıda da terror etmək istəyirmiş


Şeyx Məhəmməd Üsama bin Ladenin əməliyyat direktoru olub

Şeyx Məhəmməd Üsama bin Ladenin əməliyyat direktoru olub

Amerika Birləşmiş Ştatlarında törədilmiş 2001-ci il 11 sentyabr terrorunu və «Əl-Qaidə»nın başqa hücumlarını Xalid Şeyx Məhəmməd törədib. Pentaqondan bildirirlər ki, o, özü bunu etiraf edib. Məhəmmədin etirafı qapalı keçirilmiş məhkəmənin stenoqramında var.


Xalid Şeyx Məhəmməd Azərbaycanda da İsrail səfirliyinə hücum planlaşdırdığını boynuna alıb.


Məhkəmə Kubanın şübhəli terrorçular saxlanılan «Quantanamo» həbsxanasında keçirilib.


Stenoqrama görə, Məhəmməd deyib ki, o, «Əl-Qaidə» lideri Üsama bin Ladenin əməliyyat direktoru olub və 11 sentyabr terroru üçün tamamilə məsuliyyət daşıyır.


Məhəmməd dünyada 30-dək ayrı-ayrı hücumlar üçün məsuliyyəti üzərinə götürüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG