Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:46

Birləşmiş Ştatlar Rusiyanın qərarını alqışlayır


ABŞ Rusiyanın İranın Buşehr şəhərində Atom Elektrik Stansiyasının tikintisinin tamamlanmasını təxirə salmaq barədə qərarını alqışlayır.


Moskvada səfərdə olan ABŞ-ın Energetika nazirinin müavini Kley Sell deyib ki, Moskvanın hərəkətləri «bizim ümumi maraqlarımıza uyğundur».


Moskva bu həftə bəyan edib ki, İran tərəfdən ödənişlər yubadıldığından Buşehrdə Atom Elektrik Stansiyasının inşası üzrə işləri dayandırır. O cümlədən, reaktor üçün nüvə yanacağı göndərilməyəcək.


İran isə iddia edir ki, problem onda yox, tikintini aparan Rusiya şirkətində yaranıb. Tehran martın 14-də bildirib ki, Rusiya tərəfdən sonrakı yubanma ikitərəfli iqtisadi münasibətlərin vəziyyətinə təsir edə bilər.


XS
SM
MD
LG