Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Ünvanlı sosial yardımların verilməsində korrupsiya halları varmı?


Ünvanlı sosial yardımlar 2006-cı il iyun ayından verilməyə başlanıb

Ünvanlı sosial yardımlar 2006-cı il iyun ayından verilməyə başlanıb

Bu dəfə «Şəffaflıq»da ünvanlı sosial yardımların necə verilməsindən danışılır. Neftçala rayonunun Qaramanlı kənd sakini Zabil Həsənov deyir ki, 2007-ci ilin yanvarına qədər 64 manat ünvanlı sosial yardım alıb. Amma bu il həmin məbləğ 42 manata endirilib, yanvar ayının yardımını isə ümumiyyətlə, ala bilməyib. Cənab Həsənov bildirir ki, ötən il olduğu kimi, indi də özəl şirkətlərdən birində mühafizə xidmətində çalışır və ayda 50 manat maaş alır. Şikayətçinin sözlərinə görə, rayon Sosial Təminat Şöbəsinin bir əməkdaşı alacağı yardımın iki ayını bəri başdan ondan istəyib. Zabil Həsənov iddia edir ki, onun bu pulu verməyə imkanı olmadığından, aldığı ünvanlı sosial yardım azaldılıb.


Neftçala rayon Sosial Təminat Şöbəsindən isə deyilənlərə hər hansı münasibət öyrənmək mümkün olmadı.


XS
SM
MD
LG