Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:40

Azərbaycan əhalisi 2025-ci ildə 9 milyon 508 min olacaq


Yer kürəsinin əhalisinin ümumi sayı əsrin ortalarında 9 milyard 200 milyon nəfər təşkil edəcək
Yer kürəsinin əhalisinin ümumi sayı əsrin ortalarında 9 milyard 200 milyon nəfər təşkil edəcək

Azərbaycan əhalisi 2025-ci ildə 9 milyon 508 min nəfər təşkil edəcək. Amma 2050-ci ildə bu rəqəm 9 milyon 404 min nəfərə düşəcək.


Bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) dünyada əhalinin artımı perspektivi haqqında hesabatında deyilir.


2050-ci ildə Ermənistanda əhalinin sayı hazırkı 3 milyon 2 min nəfərdən 2 milyon 458 minə, Gürcüstanda isə 4 milyon 395 mindən 3 milyon 134 minə düşəcək.


Rusiyada isə əhalinin sayı 2050-ci ildə 35 milyon nəfər azalacaq – hazırkı 142 milyon 499 mindən 107 milyon 832 minə enəcək. Sənədə əsasən, Rusiya əhalisinin sayının azalmasına səbəb doğumun aşağı, ölənlərin sayının isə yüksək olmasıdır.


Bununla belə, BMT ekspertlərinin proqnozuna əsasən, Yer kürəsinin əhalisinin ümumi sayı əsrin ortalarında 2.5 milyard nəfər artaraq 9 milyard 200 milyon nəfər təşkil edəcək. Özü də bu insanların yarısı dünyanın səkkiz ölkəsində - Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, ABŞ, Banqladeş və Çində yaşayacaq.


Türkiyədə 2050-ci ildə 98 milyon 945 min, İranda 100 milyon 173 min, Çində isə 1 milyard 408 milyon nəfər yaşayacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG