Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:00

«Mənim həbsimə İlham Əliyev göstəriş verib»


Əli İnsanov hüquqlarını Avropa Məhkəməsində müdafiə edəcəyini dedi

Əli İnsanov hüquqlarını Avropa Məhkəməsində müdafiə edəcəyini dedi

Sabiq Səhiyyə naziri Əli İnsanov martın 14-də keçirilən məhkəmə prosesində vəsatət qaldırdı. Bildirdi ki, onun işi ilə bağlı bu məhkəmə prosesini tez yekunlaşdırmaq lazımdır. «Bu məhkəmə prezident İlham Əliyev tərəfindən izlənilir. Mənim həbs olunmağıma da o, göstəriş verib». İnsanov hakimlərə bildirdi ki, «siz də bu məsələləri ört-basdır edirsiniz. Ona görə də proses tez yekunlaşmalıdır və mən öz hüquqlarımı Avropa Məhkəməsində müdafiə edəcəyəm». Məhkəmə vəsatəti təmin etmədi.


Daha sonra sabiq nazir əminliyini bildirdi ki, heç kim onun əleyhinə ifadə verməyəcək: «Məni rüşvət almaqda ittiham edirlər, amma, bu vaxta qədər heç kim sübut edə bilməyib ki, kimsə mənə rüşvət verib. Bütün bu məsələlər Avropa Məhkəməsində açılsa, Azərbaycanda aparılan bu işlərə güləcəklər».


Məhkəmədə bir sıra obyektlərin özəlləşdirilməsi ilə bağlı iki nəfər şahid qismində dindirildi. Məlum oldu ki, şahidlərin Səhiyyə Nazirliyinə müraciəti olunmayıb. Özəlləşdirmə prosesində rayon səhiyyə şöbələri və icra hakimiyyətləri iştirak ediblər.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Əli İnsanov və Səhiyyə Nazirliyində yüksək vəzifə tutmuş on nəfər şəxsə qarşı dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürüb.


Keçmiş səhiyyə nazirinin məhkəməsi fevralın 15-dən başlayıb. Prosesin əvvəlindən sabiq nazir özünü siyasi məhbus hesab etdiyini deyib. Hakim Yeni Azərbaycan Partiyasından isə bildiriblər sabiq nazir iqtidara qara yaxır.


Günün bütün mövzuları

XS
SM
MD
LG