Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:34

Berdiməhəmmədov bir sıra konkret işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb


Martın 13-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, cənab Berdiməhəmmədov ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra konkret işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.


İ.Əliyev isə Azərbaycan tərəfinin Türkmənistanla əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu vurğulayaraq, əminliyini bildirib ki, iki ölkənin əlaqələri hər iki xalqın rifahı naminə uğurla inkişaf etdiriləcək.


Prezidentlər regional əməkdaşlıq sahəsində də birgə işlərin görülməsinin vacibliyini qeyd ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG