Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:09

«Beynəlxalq ictimaiyyət səhv yolda olanlar qarşısında geri çəkilir»


Məmmədyarov martın 14-də ermənistanlı həmkarı ilə görüşür
Məmmədyarov martın 14-də ermənistanlı həmkarı ilə görüşür

«İnsan haqları pozuntuları qurbanlarının taleyinə biganə qalmaqla beynəlxalq ictimaiyyət səhv yolda olanlar qarşısında geri çəkilir və onların cəzasız qalmasına şərait yaradır». Martın 13-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının toplantısında çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov belə deyib.


Nazir bildirib ki, Şura harada baş verməsinə baxmayaraq, insan haqlarının pozulmasına münasibət bildirməlidir: «Bu cür pozuntular bir çox silahlı münaqişələr zamanı baş verir. Azərbaycan bu mənada nümunə ola bilər». Məmmədyarov Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qaldığını və ölkədə bir milyondan artıq məcburi köçkün və qaçqının olduğunu xatırladıb.


Martın 14-də Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü gözlənilir. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyib ki, nazirlərin danışıqlarında məqsəd ölkə prezidentlərinin növbəti görüşünü təşkil etməkdir. Lakin Fasye bildirib ki, bu görüş mayın 12-də Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl olmayacaq.


Azərbaycan 2006-cı ildə BMT-nin İnsan Haqları Şurasına üzv seçilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG