Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:33

Əli İnsanovun vəkilləri Əli Əhmədovu məhkəməyə verdi


Əli Əhmədov barədə MM-in intizam komissiyasında müzakirələr aparılması da xahiş edilir

Əli Əhmədov barədə MM-in intizam komissiyasında müzakirələr aparılması da xahiş edilir

Martın 13-də sabiq Səhiyyə naziri Əli İnsanovun vəkilləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədovu məhkəməyə veriblər. Səbail Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edən müdafiəçilər hesab edirlər ki, rəsmi dövlət orqanı olan «Azərbaycan» qəzetinin 7 mart 2007-ci il tarixli sayında «Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib» sərlövhəli yazıda YAP-ın icra katibi Əli İnsanovu təhqir edib və ona böhtan atıb. Vəkillər millət vəkilindən üzr istəməyi və təkzib verməyi və onun barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanmasını tələb edirlər. Bu barədə jurnalistlərə İnsanovun vəkili Toğrul Babayev məlumat verib.


Müdafiəçilər həmçinin Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək, Əli Əhmədov barədə intizam komissiyasında müzakirələr aparılmasını xahiş ediblər.


«Azərbaycan» qəzetinin 7 mart tarixli sayında «Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib» sərlövhəli yazıda Əli Əhmədov bildirib ki, Əli İnsanovun əxlaqi-mənəvi dəyərləri çox əsaslı şübhələr doğurur. O, sabiq nazirin çox ciddi hüquq pozuntularına, qanunazidd əməllərə və xəyanətə yol verdiyinə görə, həbs edildiyini, konkret əməllərinə görə də cavab verməli olduğunu bəyan edib. YAP funksioneri bildirib ki, Ə.İnsanov təkcə partiyaya xəyanət etməyib: «İnsanov ona etimad göstərən, Azərbaycanın Səhiyyə naziri təyin edən Heydər Əliyevin yoluna xəyanət edib. Ə.İnsanov onu 2003-cü ildə prezident seçiləndən sonra yenidən Səhiyyə naziri vəzifəsinə təsdiq edən İlham Əliyevə xəyanət edib. Əli İnsanov Heydər Əliyev yoluna sadiq olan yüz minlərlə insana xəyanət edib. Bu qədər böyük xəyanətləri bağışlamaq isə çox çətindir».


Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd və kütləvi ixtişaşda təqsirləndirilərək həbs edilib. Bu ilin fevralın 15-də isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İnsanov və Səhiyyə Nazirliyinin daha 10 nəfər sabiq əməkdaşı barədə dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə məhkəmə prosesi başlayıb.


Əli İnsanov məhkəmə prosesində hakim partiyanı ittiham edən bir sıra açıqlamalar verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG