Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Robotlar haqda qanun hazırlanır


Robotların özlərini müdafiə etmə hüququ da olacaq

Robotların özlərini müdafiə etmə hüququ da olacaq

Cənubi Koreya hökuməti insanlarla robotlar arasında etik münasibətləri nizamlayacaq qeyri-adi qanunverici aktın işlənməsinə başlayıb. Bu haqda ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyinin rəsmi nümayəndələrindən biri məlumat verib.


Bu sənədin müddəaları humanoidlərin proqram təminatının bir hissəsinə çevriləcək.


Artıq yaxın vaxtlarda robotlar inkişaf səviyyəsinə görə, insan beynindən azacıq geri qalacaq çox güclü süni intellekt ala biləcəklər. Mütəxəssislərin fikrincə, Koreya əhalisinin doğumla bağlı problemləri olduğu üçün çoxlu servis-robotlar tətbiq etməli olacaqlar. Gözlənir ki, bir çox insanlar üçün robotlar əsl dosta çevriləcəklər.


Təxminlərə görə, robotlar üçün əsas qaydalar bunlar olacaq: insana zərər yetirilməməsi, ziyan vura biləcək qəsdən hərəkətsizliyə qadağa, sahibin əmrlərinə sözsüz və tam itaət.


Eyni zamanda, robotların özlərini müdafiə etmə hüququ olacaq, amma qanunlar çərçivəsindən kənara çıxmamaq şərtilə…


Günün bütün mövzuları

XS
SM
MD
LG