Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:45

Keçmiş nazirdən hökumətə qarşı sərt tənqidlər...


İnsanov məhkəməni şou adlandırdı və bildirdi ki, şahidlərdən heç kim onun üzünə dayanmayacaq
İnsanov məhkəməni şou adlandırdı və bildirdi ki, şahidlərdən heç kim onun üzünə dayanmayacaq

«Azərbaycan monarxiya, feodal dövlətidir. Bu monarxiyanı idarə edənlərə, bu rejimə və bu sistemə nifrət edirəm» - martın 13-də keçirilən məhkəmə prosesində keçmiş Səhiyyə naziri Əli İnsanov belə bəyanatla çıxış edib. O, dövlət ittihamçısının onun çıxışlarına imkan vermədiyini dedi: «Siz bu rejimin əli, qolu bağlı qulusunuz. Mən bu dövlətin çirkin əməllərində danışanda, danışmağa qoymursunuz».


Əli İnsanov 2005-ci ili saxta parlament seçkiləri ili adlandırdı. Bildirdi ki, həmin ilin əvvəllərində ölkə rəhbərinin tapşırığı ilə Xaçmaz rayonunda iki orta məktəb binası tikdirib, eyni zamanda Xızı rayonunda yolların çəkdirib. «Təkcə yolların çəkilməsinə 150 min dollar pul xərcləmişəm». Sabiq nazir onun Xaçmazda tikdirdiyi orta məktəblərin indi Heydər Əliyev Fondunun adına çıxıldığını dedi. O, Qusar rayonunda da məktəb tikməyə hazırlaşdığını, amma, həbs olunduqdan sonra bu işin yarımçıq qaldığını söylədi.


İnsanov məhkəməni şou adlandırdı və əmin olduğunu bildirdi ki, şahidlərdən heç kim onun üzünə dayanmayacaq.


O, məhkəmədə onun yaxşı işlərindən danışılmadığından hiddətləndiyini dedi: «Mən ixtiralarımdan 10 milyon dollarla qonorar əldə etmişəm, bundan da dövlətə vergilər ödəmişəm». Sabiq nazir təkcə 2005-ci ildə ixtiralarından dövlətə 85 min dollar vergi ödədiyini dedi. Dövlət ittihamçısı Kamran Əliyev məsələyə müdaxilə edərək bildirdi ki, «Mənim də kitablarım var, qonorar almışam». Əli İnsanov isə: «Sənin nə kitabların var? Sənin qonorarın 10 «şirvan» ola bilər»-deyə cavab verdi.


Proses günün ikinci yarısı davam edəcək.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Əli İnsanov və Səhiyyə Nazirliyində yüksək vəzifə tutmuş on nəfər şəxsə qarşı dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürüb.


Keçmiş səhiyyə nazirinin məhkəməsi fevralın 15-dən başlayıb. Prosesin əvvəlindən sabiq nazir özünü siyasi məhbus hesab etdiyini deyib. Hakim Yeni Azərbaycan Partiyasından isə bildiriblər sabiq nazir iqtidara qara yaxır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG