Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:46

UEFA qərarını aprelin 12-də açıqlayacaq


İki ölkə millilərinin qarşılaşmaları bu ilin sentyabr ayında olmalıdır

İki ölkə millilərinin qarşılaşmaları bu ilin sentyabr ayında olmalıdır

UEFA Azərbaycan və Ermənistan futbol yığmaları arasındakı seçmə oyunların keçiriləcəyi yerə dair qərarını aprelin 12-də açıqlayacaq. Qitə futbol qurumunun mübahisəli məsələni araşdıran komissiyası artıq AFFA-ya məktub göndərərək, onu iclasın vaxtı barədə xəbərdar edib.


AFFA oyunların neytral meydanda keçirilməsi variantı üzərində dayanmaqla Avstriya, İsveçrə və Ukraynanın namizədliyini irəli sürüb. Ermənistan Futbol Federasiyasının və UEFA-nın bu ölkələrin namizədliyinə reaksiyası hələlik bəlli deyil.


Avropa Çempionatı – 2008-in final mərhələsinə qatılmaq uğrunda mübarizə aparan Azərbaycan və Ermənistan futbol yığmaları eyni qrupa düşüb. İki ölkə millilərinin qarşılaşmaları bu ilin sentyabr ayında olmalıdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG