Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

BTC-yə rəqib kəmər…


Kəmərin inşasına dair saziş martın 15-də imzalanacaq
Kəmərin inşasına dair saziş martın 15-də imzalanacaq

Rusiya prezidenti Vladimir Putin Yunanıstan və Bolqarıstanla Balkan neft kəmərinin inşasına dair müqavilə imzalamaq üçün martın 15-də Afinaya səfər edəcək. Kəmər Rusiya xam neftinin Aralıq dənizinə daşınmasını təmin edəcək. Məlumatı «Reuters» agentliyi yayıb.



15 il sürən, bəzən də iflas astanasında olan danışıqlardan sonra üç ölkə ziddiyyətləri kənara qoyaraq 280 kilometrlik kəmərin tikintisinə razılıq veriblər.


Kəmər Bolqarıstanın Qara dənizdəki Burqas limanını Yunanıstanın Egey dənizindəki Aleksandroupolis limanı ilə birləşdirəcək. 700 milyon avroluq neft kəməri Türkiyənin Bosfor boğazından yan keçəcək. Burada tankerlərin gecikməsi neft şirkətlərinə ildə bir milyard dollara başa gəlir.


Kəmər Avropanın enerji bazarında Rusiyanın təsirini daha da gücləndirəcək. Bu addıma ABŞ şübhə ilə yanaşır.


Müqaviləni Vladimir Putin, Bolqarıstan və Yunanıstanın Baş nazirləri Sergey Stanişev və Kostas Karaminlis imzalayacaqlar. Bu, Rusiya prezidentinin son altı ayda Afinaya ikinci səfəri olacaq.


Balkan neft kəməri dörd milyard dollarlıq Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə rəqabət təşkil edəcək.


Balkan neft kəməri ilk mərhələdə illik 10 milyon ton xam neft daşıyacaq. 2009-cu ildə işə düşdükdən təxminən üç il sonra isə bu rəqəm ildə 35 milyon ton təşkil edəcək.


Kəmərin maliyyələşdirilməsində 51 faiz səhmlər Rusiyaya məxsusdur. Yunanıstan və Bolqarıstan isə 49 faiz səhmi öz aralarında bölüşdürür.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG