Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:01

Ən əcaib kitab adlarına namizədlər elan olunub


Britaniyanın «Bookseller/Diagram Prize for Oddest Book Title of the Year» ədəbiyyat mükafatının son siyahısı elan edilib. Bu mükafat hər il ən əcaib kitab adına görə verilir. Nominantlar arasında «Nasistlər nə qədər yaşıl olublar?» «Şimali Amerikada supermarketlərin sahibsiz arabaları», «Dağıstanda bədəninə şəkil döydürmüş dağlı qızlar və qaşıq qutuları», «Dəniz kələminə dair 18-ci beynəlxalq simpoziumun seçmələri» və «Olmamaq yaxşıdır: dünyaya gəlməyin zərəri» kitabları da var.


Ötən illərdə «Bookseller/Diagram» mükafatı laureatları arasında «Lüt siçanlar haqqında seminardan seçmələr», «Meşədə necə qarnını boşaltmaq» və «Yunan əyalət poçtalyonları və onların möhürlərinin nömrəsi» kitabları olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG