Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Elçin Behbudov «Quantanamo» həbsxanasına gedə bilər


İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov

Azərbaycanlı hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov «Əl-qaida» silahlılarının saxlandığı «Quantanamo» həbsxanasına gedə bilər.


Cənab Behbudov deyir ki, martın 12-də bu məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində olub. Səfirlik əməkdaşları onun «Quantanamo»ya getmək istəyinə hər hansı bir etirazları olmadığını və rəsmi razılıq əldə olunması üçün müraciətin Vaşinqtona göndərildiyini bildiriblər.


E.Behbudov deyir ki, indiyə qədər «Qırmız Xaç», «Human Right Watch» və digər bir sıra beynəlxalq təşkilatların nümayəndələri həmin həbsxanada olublar. Bu baxımdan onun da «Quantanamo»ya baş çəkməsi mümkündür. Amma bütün bu məsələlər Vaşinqtondan veriləcək rəsmi cavabdan asılıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG