Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

«Amnesty International» İran Azərbaycanı fəalları haqda təcili bəyanat verib


Ana Dili Günü nümayişləri ilə əlaqədar yüzdən artıq azərbaycanlı fəal həbs olunub
Ana Dili Günü nümayişləri ilə əlaqədar yüzdən artıq azərbaycanlı fəal həbs olunub

«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı 21 fevral Ana Dili Günü nümayişləri ilə bağlı həbs olunan fəallar – İsmayıl Cavadi, Əbülfəz Əlilu, Ramin Sadiqi, Qəhrəman Qənbərpur, Adil Allahverdipur, Cəlil Qənilu, Səfərəli Xoini və Cəfər Həqnəzəri ilə bağlı təcili tədbir kampaniyası başlayıb.


Martın 10-da verilən bəyanatda adı çəkilən şəxslərin dil hüquqlarının bərpasını tələb etdikləri üçün həbs olunduqları bildirilir. Sənəddə həmçinin qeyd edilir ki, təşkilat Beynəlxalq Ana Dili Günü nümayişləri ilə əlaqədar yüzdən artıq azərbaycanlı fəalın həbsi barədə məlumat əldə edib. Onlardan 25-inin yalnız Nəqədə (Sulduz) şəhərindən olduğu qeyd edilir.


Ərdəbildə həbs olunan 27 fəaldan biri Ramin Sadiqi azadlığa çıxıb. Fəalın azad olunması Beynəlxalq Amnistiya təşkilatının onun haqqında təcili tədbir kampaniyasına başlamasından bir neçə saat sonraya təsadüf edib. Urmiyə jurnalisti İsmayil Cavadi də həmin gün həbsdən azad edilib.


XS
SM
MD
LG