Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:47

«Mənə qarşı bütün çıxışlar prezidentdən gəlir»


Əli İnsanov: «Mənim məsələm həll olunub, hökm verin çıxım gedim»

Əli İnsanov: «Mənim məsələm həll olunub, hökm verin çıxım gedim»

«Mənə qarşı bütün çıxışlar prezidentdən gəlir»- martın 12-də davam edən məhkəmə prosesində sabiq Səhiyyə naziri Əli İnsanov belə deyib. «YAP-ın İcraçı katibi Əli Əhmədov deyir ki, Əli İnsanov cinayətkardır və cəzalanmalıdır. O, YAP-da ikinci şəxs hesab olunur, eyni zamanda prezidentinin də ən yaxın adamıdır. Əgər o, belə şeylər danışırsa, deməli mənə qarşı bütün bu çıxışlar prezidentdən gəlir». Sabiq nazir belə olan təqdirdə məhkəməni davam etdirməyə lüzum görmədiyini bildirib: «Artıq aydındır ki, mənim məsələm həll olunub, onda mənə hökm verin çıxım gedim».


Budəfəki məhkəmə prosesində də Əli İnsanovun qaldırdığı vəsatətlər təmin olunmadı. O, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, Əmlak Komitəsinin sədri Kərəm Həsənovun, Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadənin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məhkəməyə şahid qismində çağırılmasını istəyirdi.


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb. Sabiq nazir özünü siyasi məhbus hesab edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG