Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:12

«Ət bazarı»nda polislə toqquşmada saxlanan 8 nəfərə cinayət işi açılıb


Polisin nəzarəti ilə kran köşkləri sökür, 8 mart 2007

Polisin nəzarəti ilə kran köşkləri sökür, 8 mart 2007

Yasamal rayon Şərifzadə küçəsindəki «Ət bazarı»nın sökülməsi zamanı saxlanan 8 nəfər haqqında cinayət işi açılıb.


Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Həmin şəxslər polisə müqavimət və daha bir neçə qanunsuz əməldə ittiham olunurlar.


Martın 8-i Şərifzadə küçəsindəki «Ət bazarı»nın sökülməsi zamanı polislə satıcılar arasında qarşıdurma yaranmışdı. Nəticədə 7 polis xəsarət almışdı. Onların arasında Yasamal rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov da var. «Ət bazarı»nın satıcılarının qohumlarının verdiyi məlumata görə, onlardan da xəsarət alanlar var. Ancaq təqiblərdən çəkindikləri üçün xəstəxanaya müraciət etmirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG