Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

Kosovo danışıqları nəticəsiz bitib


Kosovo serbi Martti Ahtisaarini milli alban araqçınında təsvir edən plakat tutur
Kosovo serbi Martti Ahtisaarini milli alban araqçınında təsvir edən plakat tutur

Serbiya nümayəndələri və Kosovonun alban rəhbərliyi arasında Vyanada keçirilən danışıqlar başa çatıb.


BMT Baş katibinin xüsusi nümayəndəsi Martti Ahtisaari deyib ki, «tərəflər kompromisə iradə nümayiş etdirməyiblər», əvvəlki bir-birinə tam zidd mövqelərində qalıblar.



BMT nümayəndəsinin fikrincə, «Vyanada danışıqlar potensialı tükənib».


«Mən öz planımı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə verirəm» - deyə o, bildirib.


Sənəd Təhlükəsizlik Şurasına martın sonunda təqdim olunacaq.


Serbiya Kosovonun gələcək statusuna dair Ahtisaarinin təqdim etdiyi planı qəbuledilməz adlandırıb. Kosovo rəhbərliyi ümumilikdə planı alqışlasa da, bildirib ki, son məqsəd diyarın tam müstəqilliyi olmalıdır.


BMT planı Kosovoya müstəqilliyin bir çox atributlarını versə də, müstəqilliyi rəsmən elan etmir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG