Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:12

İraqda təhlükəsizliyə dair beynəlxalq konfrans başa çatıb


Bağdadda İraqda vəziyyəti sabitləşdirməklə bağlı beynəlxalq konfrans başa çatıb.


Əsasən dini zəmində zorakılıq və münaqişənin İraqın hüdudlarından çıxmasının qarşısını almaq məsələləri müzakirə edilib.


İraqın Xarici İşlər naziri Hoşyar Zebari deyib ki, görüş iştirakçıları dialoqu davam etdirmək haqda razılaşıblar.


Konfransda İraqla həmsərhəd ölkələrin və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nümayəndələri iştirak ediblər.


ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzadın bildirdiyinə görə, Amerika və İran diplomatları konfransda İraqda təhlükəsizlik məsələlərinə dair birbaşa danışıqlar aparıblar.


XS
SM
MD
LG